"Anadolu Efes" bu mövsüm 3-cü qələbəsini qazanıb
Basketbol üzrə Avroliqa turnirində mübarizə davam edir.
Sportline.az xəbər verir ki, Türkiyənin digər təmsilçisi “Anadolu Efes” isə “Fənərbağça”dan fərqli olaraq “Paris” üzərində inamlı qələbə qazanıb.
Oyunun ilk periodu Fransa klubunun xeyrinə başa çatıb. 21:17. Böyük fasiləyə qədər toparlanan İqor Kokoskovun komandası hesabda önə keçməyi bacarıb. 46:39.
Fasilədən sonrada təşəbbüsü əldən verməyən “Anadolu Efes” yekunda 90:80 hesablı qələbəyə sevinib.
Matçın ən məhsuldar basketbolçusu Şeyn Larkin olub. 19 xal 3 ribaund 2 asist. “Paris”də Sebastian Herrera 17 xal 5 ribaund 1 asist.
Bu mövsüm 3 qələbəsini rəsmləşdirən “Anadolu Efes” yarış cədvəlində 15-ci pillədə yer alır. “Paris” 6-cı pillədə qərarlaşıb.