Ançelotti "Arsenal"a keçməyə hazırdır

Növbəti mövsümdən etibarən "Arsenal"ı Karlo Ançelotti çalışdıra bilər. SportLine.az xəbər verir ki, "Star" nəşri bu iddia ilə çıxış edib.

Məlumata görə, italiyalı mütəxəssis baş məşqçi vəzifəsində Arsen Vengeri əvəzləməyə hazır olduğunu bildirib. 

Qeyd edək ki, bir neçə gün öncə K.Ançelottinin "topçular"la razılığa gəldiyi deyilib. 

K.Ançelotti sonuncu iş yeri "Bavariya" olub.