Ançelotti çətin vəziyyət qarşısında

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti gələn həftə istefaya göndərilə bilər.

Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, komandanın uğursuz çıxışları klub rəhbərliyini narahat edir.

Son 8 oyunda qalib gələ bilməyən Neapol təmsilçisinin gələn həftə “Udineze”ni uda bilməyəcəyi və “Genk”lə görüşdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməyəcəyi təqdirdə Ançelottinin komandadan göndəriləcəyi bildirilib.

50 yaşlı  mütəxəssisin klub rəhbərliyi ilə də münasibəti yaxşı deyil.

Qeyd edək ki, italiyalı mütəxəssis 2018-ci ildən “Napoli”ni çalışdırır. Onun komandası hazıra A Seriyasında 20 xalla 7-ci pillədədir.