Ançelotti "Everton"a keçir

"Napoli"nin sabiq baş məşqçisi Karlo Ançelotti "Everton"u çalışdırmağa yaxındır.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. 60 yaşlı çalışdırıcının yeni klubunda ilinə 14 milyon funt sterlinq qazanacağı iddia olunub. O, komandanı Premyer Liqada saxlayacağı təqdirdə, əlavə 2.5 milyon funt sterlinq mükafat alacaq. İtaliyalı mütəxəssisin təyinatının çərşənbə gününə kimi açıqlanacağı bildirilib.

Qeyd edək ki, "Everton" hazırda 18 xalla 20 komanda arasında 16-cı pillədə qərarlaşıb.