Ançelotti İnsinyeni gətirir

"Everton"un baş məşqçisi Karlo Ançelotti "Napoli"dən yaxşı tanıdığı Lorenso İnsinyenin transfer edilməsini rəhbərliyə bildirib.

Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu da Premyer Liqada oynamağa müsbət yanaşır. Neapollular isə İtaliya millisinin üzvünü qışda satmaq fikrində deyil. Liverpul klubunun "Napoli"yə təklif göndərəcəyi iddia edilir.

İnsinye 2012-ci ildən "Napoli"də çıxış edir.