Ançelottidən Zlatana atmaca

"Everton"un yeni baş məşqçisi Karlo Ançelotti mətbuat konfransı keçirib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis  PSJ-də işlədiyi dövrdə komandanın futbolçularından olan Zlatan İbrahimoviçlə bağlı da danışıb. 60 yaşlı çalışdırıcı isveçli ulduzla transfer zarafatı edib: "Zlatan mənim yaxın dostlarımdan biridir. Çox möhtəşəm oyunçularla  işləmişəm. Zlatanın Amerikadakı karyerasının sona çatdığını bilirəm. Amma onun ağlında nələrin olduğunu bilmirəm. Görüşməyimiz lazımdır. Bəlkə, ona zəng vuraram. Liverpula gəlmək istəyirsə, gəlsin. Amma oynamağa yox".

Qeyd edək ki, Z.İbrahimoviç ayın sonunda çıxış etdiyi "Los Anceles Qelaksi"dən ayrılacaq.