Andrey Şevçenkonun versiyasına görə ən güclü 5 futbolçu

Ukrayna millisinin baş məşqçisi, yaxın keçmişin parlaq ulduzlarından sayılan Andrey Şevçenko, öz versiyasına görə ən yaxşı 5 futboçunun adını açıqlayıb.

Sportline.az xəbər verir ki, onun “top-5” – liyi belədir: Paolo Maldini, Zidan, Messi, Ronaldo və Kriştianu Ronaldu.

Qeyd edək ki, Andrey Şevçenko parlaq karyerası ərzində, Kiyev “Dinamo”su, “Milan” və “Çelsi” klublarının formasını geyinib.