"Anortosis" Araz Abdullayevlə münasibətləri aydınlaşdırdı
"Anortosis” klubu futbolçumuz Araz Abdullayevlə yolları ayırıb.
Sportline.az Kipr təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın üzvü ilə icarə müqaviləsinin müddəti artırılmayıb. Abdullayev, məxsus olduğu "Qəbələ” klubuna dönəcək.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi yekunlaşan mövsümdə "Anortosis”in heyətində meydana çıxdığı 30 oyund 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.