Ansi Aqollidən "Qarabağ" açıqlaması
"Qarabağ" klubunun albaniyalı müdafiəçisi Ansi Aqolli, "Tirana"ya qayıdacağı ilə bağlı məlumata münasibət bildirib.
Sportline.az xəbər verir ki, Albaniya mətbuatına açıqlamasında iddiaları əsassız adlandıran futbolçu belə deyib: "Hazırda "Qarabağ"ın futbolçusuyam, yayılan xəbərlər isə həqiqəti əks etdirmir. İndi "Tirana"ya qayıtmaq haqda yox, yalnız "Qarabağ" barədə düşünürəm".
Xatırladaq ki, 36 yaşlı müdafiəçi 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur.