APOEL Bakıda dəstəksiz qalmayacaq

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab pyunları çərçivəsində "Qarabağ" Kiprin APOEL klubunu qəbul edəcək.

Sportline.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə rəqib komandanın 70-80 nəfər azarkeşi tribunada olacaq.

Qarşılaşmanın dolu tribunalar önündə keçiriləcəyi gözlənilir.

İlk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib. Sabah keçiriləcək matçın start fiti 20:30-da səslənəcək.