APOEL-də gərginlik artır

APOEL-də klubunda növbəti gərginlik yaranıb.

Sportline.az Kipr mətbuatına istinadən xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi Musa əl-Tamari baş məşqçisi Tomas Dolla növbəti dəfə hörmətsizlik edib. Buna onun AEK-lə dünənki çempionat oyununun (0:0) 66-cı dəqiqəsində əvəzlənməsi səbəb olub. Almaniyalı mütəxəssisin onu meydandan çıxarmasına əsəbləşən futbolçu qərara narazılığını bildirib. Doll həmin vaxt Tamarinin hərəkətinə reaksiya verməsə də, onu yenidən cəzalandıra biləcəyi istisna olunmur.

Qeyd edək ki, baş məşqçi bundan əvvəl də klubdaxili intizamı pozan futbolçunu heyətdən kənarlaşdırmış və "Qarabağ"la Bakıdakı son oyunda meydana buraxmamışdı.