APOEL-də yeni müqavilə

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL futbolçusu Nikolas Yoannu ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən yaydığı xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, N. Yoannu 2014/2015 mövsümündən Kipr təmsilçisində oynayır.