APOEL-dən "Qarabağ"a cavab
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL komandası Kipr çempionatında ilk dəfə xal itkisi ilə üzləşib.
Sportline.az xəbər verir ki, Nikosiya təmsilçisi VIII turda öz meydanında Larnaka AEL-i ilə qolsuz heç-heçə edib.
Bu nəticədən sonra APOEL xallarını 13-ə çatdırsa da, 3-cü pilləyə enib. Lakin bu komandanın ehtiyatda hələ 3 oyunu var.
APOEL növbəti matçını noyabrın 7-də Avropa Liqasının IV turunda evə "Qarabağ"a qarşı keçirəcək. Qeyd edək ki, Premyer Liqanın 10-cu turunda isə "Qarabağ" "Neftçi" ilə qolsuz heç-heçə edib.