APOEL futbolçularının qeyri-etik hərəkəti

APOEL futbolçuları "Qarabağ"ın qapısına vurulan 2-ci qolu qeyd edərkən qeyri-etik davranışa yol veriblər.

Sportline.az xəbər verir ki, kiprli futbolçular qolu bayram edərkən “Qarabağ” üçün ayrılmış texniki zonaya tərəf şığıyıblar. Onlar əvvəlcə oturacağa ayaqla, ardınca skamyanın üst tərəfinə əllə möhkəm zərbə endiriblər.

Kiprli futbolçular bu addımla bəlkə də “Qarabağ” üzvlərini təxribata çəkmək istəyiblər. Ağdam təmsilçisinin üzvləri kiprli futbolçuların bu addımına heç bir reaksiya verməyiblər. (sportinfo.az)