APOEL-in futbolçusu: "Son dəqiqəyə qədər mübarizə aparırıq"

"Qarabağ"la oyundakı səhvlərimizdən dərs çıxarmalıyıq. Üzərimizdə çox çalışmalıyıq".

Sportline.az xəbər verir ki, bu sözləri APOEL-in futbolçusu Andre Vidiqal Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la keçirilən ilk oyunundan sonra deyib.

Portuqaliyalı yarımmüdafiəçi Kipr mətbuatına açıqlamasında evdə 1:2 hesabı ilə uduzmalarına baxmayaraq, mübarizənin qarşıda olduğunu bildirib: “Bəli, ilk görüşdə qalib gələ bilmədik. Ancaq mərhələ keçmək üçün cavab matçında sona qədər döyüşəcəyik. 95-ci dəqiqədə qol vurduq. Səfərdə də bu əzmkarlığı təkrarlamalıyıq. Bu, bizim komandadır, son dəqiqəyə qədər mübarizə aparırıq”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.