Hər yerdə APOEL

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə etdiyi matçdan sonra ekranlarda maraqlı epizod göründü.

Sportline.az xəbər verir ki, oyun bitən kimi meydana daxil olan azarkeş Xorvatiya millisinin kapitanı Luka Modriçlə şəkil çəkdirdi. Həmin fanat isə maraqlıdır ki, APOEL forması ilə idi.

 APOEL bu mövsüm Çempionlar Liqasının III mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb. Kipr klubu Avropa Liqasının qrup mərhələsində yenə Ağdam komandasına rəqib olub.