APOEL - "Qarabağ" görüşünə bilet satışı davam edir

Avropa Liqasının qrup mərhələsində keçiriləcək APOEL - "Qarabağ" görüşünə bilet satışı davam edir.

Sportline.az xəbər verir ki, APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos azarkeşlərin kluba biganə yanaşmasında gileylənib. O, Kipr mətbuatına açıqlamasında, bildirib ki, azarkeşlər "Qarabağ"la görüşü izləmək üçün fəallıq göstərmirlər:

"APOEL-in azarkeşi olub stadiona gəlməyən özünü klub fanatı adlandıra bilməz. Xüsusən söhbət belə vacib qarşılaşmadan gedirsə. Əgər azarkeşlərimiz komandamızın pley-offda oynamağını istəyirlərsə, o zaman bilet alıb "Qarabağ"la görüşdə APOEL-ə dəstək olmalıdırlar. Bu, çox vacib matçdır. Satışa 8800 bilet çıxarmışıq, ancaq ilkin mərhələdə təxminən 600-ü alınıb. Deyəcək başqa sözüm yoxdur".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada olacaq.