APOEL - "Qarabağ" görüşünə biletlər tükənir

Avropa Liqasının qrup mərhələsində III turun "Qarabağ" - APOEL oyununa biletlər tükənmək üzrədir. 

Klubun mətbuat katibi Nurlan İbrahimovun Sportline.az-a verdiyi məlumata görə, artıq 27 mindən çox bilet sahibini tapıb.

Qeyd edək ki,  oktyabrın 17-dən satışa çıxarılan biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı, sabah saat 20:55-də başlanacaq.