APOEL - "Qarabağ" görüşünə bu qədər bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin, 3-cü turunun "Qarabağ" - APOEL görüşündə anşlaq gözlənilir. 

Sportline.az xəbər verir ki, satışa çıxarılan ilk gündə 7 min bilet satılıb.

Ötən gün satışa çıxarılan biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlanacaq.