APOEL "Qarabağ"la oyuna ciddi hazırlaşır

Avropa Liqasının qrup mərhələsinin, "Qarabağ" - APOEL oyununda qonaq komandanın azarkeşlərinə havayı biletlər paylanacaq.

Sportline.az xəbər verir ki, Kipr klubu bununla bağlı elan yayıb.

Bildirilir ki, TRAVELNETCY Səyahət Agentliyi ilə Bakıya səfər edəcək azarkeşlərə şirkət tərəfindən havayı biletlər paylanacaq. Bundan başqa, bu səfər azarkeşlərin "Sadiqlik üzvü" kartına 125 xal qazandıracaq.

Qeyd edək ki, "Qarabağ" - APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.