APOEL - "Qəbələ" görüşünün hakimləri bilindi

UEFA Gənclər Liqasının APOEL - "Qəbələ" görüşünün hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, oktyabrın 2-də, yerli vaxtla 17.00-da (Bakı vaxtı ilə 18.00) başlanacaq oyunu qazaxıstanlı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Furkat Atacanova Denis Labaşyov və Sergey Kalaçyov yardımçı olacaq.

UEFA nümayəndəsi Vasko Doyçinovski (Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq.

Qeyd edək ki, 33 yaşlı Atacanov indiyə qədər 11 beynəlxalq görüş (ikisi UEFA Gənclər Liqasında) idarə edib. Bu görüşlərdə 49 sarı, 4 qırmızı vərəqə göstərən referi 2 dəfə də penalti təyin edib. Onun yolu heç vaxt Azərbaycan klubları və ya milli komandaları ilə kəsişməyib.