Aqil Məmmədov rəsmən "Neftçi"də

"Neftçi” PFK daha bir transferi rəsmiləşdirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı qolkiper komandamızın heyətində 30 nömrəli formanı geyinəcək.

Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

Qeyd edək ki, bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.