XVIII turun ən yaxşı futbolçusu məlum oldu
“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XVIII turunun ən yaxşı futbolçusu məlum olub. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollidir.
36 yaşlı alban oyunçu “Sabaha”a qarşı görüşdə 90 dəqiqə meydanda olub. Araşdırmalara əsasən Ansi Aqolli turun ən yaxşı indeksə malik futbolçusudur.