Aqollinin bu qolu komandasına çempionluq qazandırdı

Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ABŞ-da ilk qolunu vurub.

Sportline.az xəbər verir ki, “Nyu York Kosmos”un üzvü olan 36 yaşlı alban müdafiəçi “Bruklin”lə matçın 72-ci dəqiqəsində komandasının yeganə və qələbə qoluna imza atıb – 1:0.

Bu qələbə sayəsində “Nyu York Kosmos”  NPSL-in (Milli Futbol Premyer Liqası. Dördüncü divizion səviyyəsində) qalibi olub.