Araz Abdullayev "7 nömrə" oldu

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayevin forma nömrəsi dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. İndiyədək 9 nömrəli forma ilə çıxış edən millimizin üzvü bundan sonra "7 nömrə" olacaq. 

Qeyd edək ki, Abdullayev ötən ilin avqustundan "Qarabağ"da oynayır.