Araz Abdullayev "Anortosis"lə vidalaşdı
Azərbaycan millisinin üzvü Araz Abdullayev Kiprin "Anortosis" klubu ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, icarə müddəti bitən futbolçu ilə yeni müqavilə imzalanmayıb.
A.Abdullayevlə yanaşı, Vladimir Qançev, Migel Palanqa və Nikola Matteu da komandadan göndərilib.
Qeyd edək ki, A.Abdullayev müqavilə ilə "Qəbələ"yə məxsusdur. O, mövsümün əvvəlində Kipr klubuna keçmişdi.