Araz Abdullayev məşqlərə başlayıb
Kiprin "Anortosis" klubunun şərəfini qoruyan Araz Abdullayevin zədəsi sağalmaq üzrədir.
Sportline.az xəbər verir ki, klubun, millimizin 25 yaşlı yarımmüdafiəçisi ilə bağlı yaydığı məlumatda bildirilir ki, Abdullayev zədəsini sağaldıb və fərdi çalışmalara başlayıb. Amma, futbolçu hələ ki, ümumi kollektiv məşqlərə qatıla bilmir.
Zədəsi tam sağalmayan Abdullayevin Kipr çempionatının 23-cü turunda "Omoniya" ilə keçiriləcək derbi matçında iştirak etməyəcəyi bildirilir.