Araz Abdullayev meydana qayıtdı, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti younunu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Olimpiakos" kollektivi olub. 

Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 3:0.

Zədəsini sağaldan A.Abdullayev 63-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu qələbə sayəsində xallarını sayını 50-ə çatdıran Abdullayevin komandası üçüncü pillədə qərarlaşıb.