Araz Abdullayev "Qarabağ"da bu nömrə ilə oynayacaq

"Qarabağ"ın yeni transferi Araz Abdullayevin Ağdam klubunda geyinəcəyi forma nömrəsi bəlli olub.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 9 nömrəli forma ilə oynayacaq.

Qeyd edək ki, müqavilə ilə Yunanıstanın "Panionios" klubuna məxsus olan Araz qarşıdakı 2 mövsümü icarə əsasında "Qarabağ"da keçirəcək.