Araz Abdullayev qayıdır
“Anortosis”in şərəfini qoruyan futbolçumuz Araz Abdullayev yenidən yaşıl meydana qayıdır.
Sportline.az xəbər verir ki, milli komandamızın üzvü zədəsini tam sağaldıb.
Kipr klubunun rəsmi saytında yayılan məlumata görə, o, 24-cü tur çərçivəsində “Olimpiakos”la səfər oyununda meydana çıxa bilər. Abdullayev komanda ilə birlikdə Nikosiyaya yollanıb.
Qeyd edək ki, “Olimpiakos” – “Anortosis” matçı sabah olacaq.