Araz Abdullayev rəsmən Yunanıstan klubunda

Milli komandamızın üzvü Araz Abdullayevin "Panionios”a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkədə məlumat verib.

"Qəbələ"dən ayrılan futbolçu ötən gün tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atıb. Hələ ki, müqavilənin detalları haqda məlumat verilmir.

Qeyd edək ki, Araz Abdullayev ötən mövsüm icarə əsasında Cənubi Kprin "Anortosis" klubunda oynayıb. 26 yaşlı yarımmüdafiəçi 2012-ci ildə "Everton"dan "Panionios"a icarəyə verilmişdi.