Araz Abdullayev üçün 41 dəqiqə

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib. SportLine.az xəbər verir ki, doğma meydandakı oyunda rəqib "Apollon" kollektivi olub.

Qarşılaşmada qapılara qol vurulmayıb.

A.Abdullayev meydana start heyətində daxil olub və 41-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması aprelin 11-də keçiriləcək.