Araz Abdullayevin vurduğu qol
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib AEK olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
A.Abdullayev meydana start heyətində çıxıb və ilk qolun müəllifi olub. Futbolçu 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Anortosis" 57 xalla 3-cü pillədə qərarlaşıb.