Araz Abdullayevlə Elvin Yunuszadə bu səbəbdən kənarda qalıb

Milli komandanın üzvləri Araz Abdullayevlə Elvin Yunuszadənin adlarının Belarusla yoldaşlıq matçının iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.

Sporline.az xəbər verir ki, seçmə komandanın baş məşqçisi Qurban Qurbanov bildirib ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar: "Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil".