Araz komandasına kömək edə bilmədi

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib AEL kollektivi olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.

A.Abdullayevin 63-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Anortosis" 66 xalla 3-cü pillədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore