Araz oynadı, "Anortosis" heç-heçə etdi

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib AEK kollektivi olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

A.Abdullayev meydana start heyətində çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 65 xala sahib "Anortosis" 3-cü pillədə qərarlaşıb.