Araz oynadı, komandası kubokla vidalaşdı

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr Kubokunda növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Apollon” kollektivi olub.

Qarşılaşma "Apollon"un qələbəsi ilə yekunlaşıb - 2:1. İlk görüşdə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Anortosis" kubokla vidalaşıb.

Qeyd edək ki, A.Abdullayev start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.