Araz oynadı, komandası növbəti qələbəyə sevindi

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər evrir ki, rəqib "Omoniya" kollektivi olub.

Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:1.

A.Abdullayev oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 81-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Anortosis" 63 xalla 3-cü pillədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore