Araz oynamadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Omoniya" kollektivi olub.

Qarşılaşma "Anortosis"in məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

Zədəsini yenicə sağaldan A.Abdullayev bu matçda da komandasına kömək edə bilməyib.

Qeyd edək ki, “Anortosis” 23 turdan sonra 47 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.