Arazın komandası bürünc medallara sahib çıxdı

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib APOEL kollektivi olub. 

Qarşılaşma APOEL-in qələbəsi ilə yekunlaşıb - 2:1.

A.Abdullayev 62-ci dəqiqədə meydana daxil olub. 

Bu nəticə ilə APOEL mövsümü qalib bitirib. "Apollon" isə bürünc medallara yiyələnib və Avroliqaya vəsiqə qazanıb.