Arda Turan "Qalatasaray"a keçə bilər

Müqavilə ilə "Barselona"ya məxsus olsa da, İcarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turan qış fasiləsində komandasını dəyişəcək.

Sportline.az xəbər verir ki, o, sabiq klubu "Qalatasaray"a qayıtmağa yaxındı. Məlumatı Türkiyə mətbuatı yayıb. 32 yaşlı yarımmüdafiəçinin "sarı-qırmızılar"la 1,5 illik müqavilə imzalayacağı bildirilir.

"Qlatasaray"ın yetirməsi olan Arda 2011-ci ildə "Atletiko"ya, 2015-ci ildə isə "Barselona"ya keçib. O, 2018-ci ildən "Başakşəhər"in formasını geyinir.