Arda Turan üçün 6 oyunluq cəza tələb edildi

Türkiyə Futbol Federasiyası Hüquq Komitəsi Arda Turanla bağlı tələbi İntizam Komitəsinə təqdim edib. SportLine.az "NTVSpor"a istinadən xəbər verir ki, İntizam Komitəsi Super Liqa çərçivəsində keçirilən "Başakşəhər" - "Sivasspor" görüşündə qırmızı vərəqə alan futbolçunun, ən azı, 6 oyunluq cəzalandırılmasını istəyib.

Xatırladaq ki, A.Turan qarşılaşmanın 90+4-cü dəqiqəsində yan xətt hakiminə etirazını sərt şəkildə bildirib və onu itələyib. Buna görə qırmızı vərəqə ilə cəzalandırılan futbolçu baş hakimə də yumruq göstərib.