Ardanın cəzası bəlli oldu - 16 oyun

"Başakşəhərin" futbolçusu Arda Turanın cəzası müəyyənləşib. 

SportLine.az Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, futbolçu 16 oyunluq cəzalandırılıb.

İntizam Komitəsinin qərarına əsasən, A.Turan yan xətt hakimini itələdiyi üçün 10, baş hakimi hədələdiyi üçün isə 6 oyun, ümumilikdə 16 oyun yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi müqavilə ilə "Barselona"ya məxsusdur.