Ardıcıl 16 dəfə qələbə ilə başlayan "Bavariya"

“Bavariya”  yeni rekorda imza atıb.
 
Sportline.az xəbər verir ki, Münhen təsmilçisinin rekordu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Srvena Zvezda" ilə oyunda qeydə alınıb. Rəqibini 3 cavabsız qolla məğlub edən Niko Kovaçın komandası ardıcıl 16-cı dəfə ÇL-ə qələbə ilə başlayıb. Bu, turnirin tarixində rekord göstəricidir.

“Bavariya” sonuncu dəfə 2002-ci ildə Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda məğlub olub. Münhenlilər İspaniya “Deportivo”suna 2:3 hesabıyla uduzmuşdu.