Ardıcıl 6-cı, ümumilikdə 7-ci çempionluq

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün bütün mükafatçıları müəyyənləşib.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXVII turun bu gün keçirilən “Qarabağ” – “Səbail” (4:0) və “Qəbələ” – “Neftçi” (1:3) oyunlarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatçı dəqiqləşib.

Ardıcıl 6-cı, ümumilikdə 7-ci çempionluq

Xal hesabını 63-ə çatdıran Ağdamın “Qarabağ” klubu bu qələbədən sonra izləyiciləri üçün əlçatmaz olub. Bununla da Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.

17-ci mükafat

Hesabında 58 xal olan “Neftçi” qızıl medalı şansını itirməklə gümüş mükafatı rəsmiləşdirib. Tarixində 3-cü dəfə çempionatı 2-ci pillədə bitirən paytaxt klubu 17-ci dəfə mükafatçılar sırasına düşüb. Hesabında 8 qızıl, 3 gümüş və 6 bürünc olan “ağ-qaralar” bu göstəricidə öz rekordunu yeniləyib.

17-ci mükafatçı
“Səbail” məğlub olsa da, 41 xalla bürünc medalı təmin edib. Tarixində ilk dəfə mükafatçılar sırasında yer alan paytaxt klubu Azərbaycan çempionatları tarixində medal qazanan 17-ci komanda olub. Əvvəlki turnirlərdə 16 komanda “üçlüy”ə düşmüşdü.

19-cu Avropa yolçusu

Bu nəticələrdən sonra “Qarabağ”ın UEFA Çempionlar Liqası, “Neftçi” və “Səbail”in UEFA Avropa Liqasında oynayacağı dəqiqləşib. Tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək “Səbail” Azərbaycanın qitəmiqyaslı turnirlərdə 19-cu təmsilçisi olacaq. Bunadək 18 klubumuz Avropada çıxış edib.

Azərbaycan çempionatlarının bütün mükafatçıları

mövsüm

çempion

II yer

III yer

1992

“Neftçi” (Bakı)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993

“Qarabağ” (Ağdam)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993/94

“Turan” (Tovuz)

“Qarabağ” (Ağdam)

“Kəpəz” (Gəncə)

1994/95

“Kəpəz” (Gəncə)

“Turan” (Tovuz)

“Neftçi” (Bakı)

1995/96

“Neftçi” (Bakı)

“Xəzri” (Bakı)

“Kəpəz” (Gəncə)

1996/97

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

“Xəzri” (Bakı)

1997/98

“Kəpəz” (Gəncə)

“Dinamo” (Bakı)

“Şəmkir”

1998/99

“Kəpəz” (Gəncə)

“Şəmkir”

“Neftçi” (Bakı)

1999/2000

“Şəmkir”

“Kəpəz” (Gəncə)

“Neftçi” (Bakı)

2000/01

“Şəmkir”

“Neftçi” (Bakı)

“Viləş” (Masallı)

2001/02

Yarımçıq qalıb

   

2002/03

Keçirilməyib

   

2003/04

“Neftçi” (Bakı)

“Şəmkir”

“Qarabağ” (Ağdam)

2004/05

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“Karvan” (Yevlax)

2005/06

“Bakı”

“Karvan” (Yevlax)

“Neftçi” (Bakı)

2006/07

“Xəzər Lənkəran”

“Neftçi” (Bakı)

“Bakı”

2007/08

“İnter” (Bakı)

“Olimpik” (Bakı)

“Neftçi” (Bakı)

2008/09

“Bakı”

“İnter” (Bakı)

“Simurq” (Zaqatala)

2009/10

“İnter” (Bakı)

“Bakı”

“Qarabağ” (Ağdam)

2010/11

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“Qarabağ” (Ağdam)

2011/12

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“İnter” (Bakı)

2012/13

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

2013/14

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

“Qəbələ”

2014/15

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

“Qəbələ”

2015/16

“Qarabağ” (Ağdam)

“Zirə” (Bakı)

“Qəbələ”

2016/17

“Qarabağ” (Ağdam)

“Qəbələ”

“İnter” (Bakı)

2017/18

“Qarabağ” (Ağdam)

“Qəbələ”

“Neftçi” (Bakı)

2018/19

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

“Səbail” (Bakı)