Ardıcıl iki tur fərqlənən hücumçu millimizə çağrıldı

“Krılya Sovetov”un heyətində ardıcıl iki tur fərqlənən Ramil Şeydayev milli komandamıza dəvət alıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 23 yaşlı hücumçunu qarşıdakı iki oyun üçün düşərgəyə çağırıb.

Bunadək Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovu N.Yurçeviçinin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.

Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq.

Martın 25-də isə, seçməmiz Bakıda Litva ilə yoldaşlıq oyunu keçirəcək.