Argentina ilk görüşdə məğlub oldu

Amerika kuboku turnirinin B qrupunda mübarizə aparan Argentina millisi ilk görüşünü keçirib.

Sportline.az xəbər evrir ki, Salvadorda Kolumbiya seçməsi ilə qarşılaşan komanda ilk hissədə qapısını toxunulmaz saxlayıb. Fasilədən sonra daha dəqiq oynayan Karloş keyroşun komandası argentinalıları 2 dəfə mərkəzə dəvət edib. 71-ci dəqiqədə Rocer Martinez topu rəqib qapısından keçirib.

Qol axtarışında olan Argentina millisi çox çalışsa da, fərqlənə bilməyib. Əvəzində, rəqib komanda görüşün sonlarında fərqi 2-ə yüksəldib. 86-cı dəqiqədə Duvan Zapata topu rəqib qapısından keçirib. 2-0 hesabı ilə qalib gələn Kolumbiya seçməsi 3 xalla liderdir.

B qrupunun daha bir görüşündə Paraqvay və Qətər milliləri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23-də başlanacaq.