Argentina millisində ciddi itki

DÇ-2108-in favoritlərindən sayılan Argentina millisi ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın əsas qapıçısı Serxio Romero sağ dizindəki zədə üzündən Rusiyaya aparılacaq heyətdən çıxarılıb. "Mançester Yunayted"in futbolçusunun əvəzinə  “Tiqres”in qolkiperi Nauel Qusman dəvət olunub.

Qeyd edək ki, Argentina İslandiya, Xorvatiya və Nigeriya ilə eyni qrupda mübarizə aparacaq.