Argentina yoluna davam edir

Amerika kubokunda mübarizə davam edir.

Sportline.az xəbər verir ki, artıq B qrupunda da məsələ aydınlaşıb. 3-cü turda Qətər millisinə 2:0 hesabı ilə qalib gələn Argentina 4 xalla növbəti mərhələyə adlayıb. 


Amerika kuboku

B qrupu, 3-cü tur

23 iyun

Qətər - Argentina - 0:2
Qollar:
 L. Martines, 4, S. Aquero, 82

Kolumbiya - Paraqvay - 1:0
Qol:
 Q. Kuelya, 31


Qeyd edək ki, A qrupundan Braziliya və Venesuela komandaları növbəti mərhələyə yüksəliblər.