Argentinalı azarkeş ölən atasının kəlləsi ilə çempionluğu bayram edib

Argentina çempionatında cari mövsümün qalibi "Rasinq" olub.

Sportline.az xəbər verir ki, çempionluğu bayram edən azarkeşlər küçələrə axışıblar. Maraqlısı budur ki, "Rasinq"in fanatlarından biri ölən atasının kəlləsini özü ilə birlikdə Buones-Ayres küçələrində çempionluq gəzintisinə çıxarıb.

Argentinalı azarkeş bununla bağlı açıqlama verib: "Atam "Rasinq" azarkeşi idi. Komandasının çempion olmasını görmək istəyirdi. İndi onun arzusunu reallaşdırdım"